BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 31 Mart – Azərbaycanlıların soyqırımı ilə bağlı paylaşım edib.Trend-in məlumatına görə, “#31mart #31mart1918″ haştaqları ilə edilən paylaşımda deyilir:”Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.