BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: 1918-Cİ İLİN MART AYINDA AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIMI QURBANLARININ NURLU XATİRƏSİNİ EHTİRAMLA YAD EDİRƏM

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.