BİRİNCİ RÜBDƏ AZƏRBAYCANDA NEFT EMALI 9,7% -DƏK ARTIB

Bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.

SOCAR-dan verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb.

Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.