BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏNLƏRİN AİLƏLƏRİNDƏN 800-Ə YAXIN BİOLOJİ NÜMUNƏ GÖTÜRÜLÜB

İnsan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 90-cı illərin münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin 316 ailəsindən 793 bioloji referent nümunəsi götürülüb.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda yer alıb.

Qeyd edilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 346 əməliyyat aparılıb.

347 itkin ailəsi psixo-sosial dəstək alıb, 258 itkin ailəsinə nağd pul yardımı göstərilib.