BİR SIRA MƏŞHURLAR VƏ ŞƏHƏR SAKİNLƏRİ HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN PARKINA GƏLƏRƏK QƏLƏBƏ SEVİNCİNƏ ŞƏRİK OLUBLAR

Bu dəqiqələrdə bir sıra məşhurlar və şəhər sakinləri Heydər Əliyev Mərkəzinin parkına gələrək qələbə sevincinə şərik olublar.

Exit-poll nəticələrini elan etdikdən sonra insanlar sevinclərini ifadə etmək üçün buraya toplaşıblar.

Paytaxtın digər ərazilərində və eyni zamanda bölgələrdə insanlar küçələrə axışaraq qələbəni qeyd edirlər.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.