Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, qərara alınır:
– Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri
Hüseynov Mirbahəddin Mirdamət oğlu – Gəncə Apellyasiya Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri
Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri.
– “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
– Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
– Tapdıq Şükür oğlu Mahmudov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.
– Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.