
Ölkənin bir sıra avtomobil yolunda hərəkətdə yaşanan problem tam olaraq aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy, Qobustan-Çalo-Cəyirli-Xilmilli-Sündü avtomobil yolları və Murovdağda (Ömər aşırımı) qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar agentlik tərəfindən müvafiq tədbirlər görülüb.
Hazırda bu istiqamətdə işlərin davam etdiyi bildirilir.