
Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə əlavə edilmiş xəritələrə uyğun olaraq, bir sıra dəyişikliklər edilib.
Bu məsələ oktyabrın 3-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən və Abşeron rayonunun inzibati ərazisində yerləşən müəyyən torpaq sahələrinin Sumqayıt şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.