BİNƏQƏDİ RAYONUNDAKI SEXDƏ BAŞ VERMİŞ YANĞIN MƏHDUDLAŞDIRILIB

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonundakı sexdə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-in mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.