BİNƏLİ YILDIRIM VƏ ŞAMİL AYRIM TÜRKİYƏYƏ YOLA SALINIB

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

Bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” səhifəsində bildirib.

“Cənab Prezident İlham Əliyev hörmətli Binəli Yıldırımı, millət vəkili Şamil Ayrımı və mühafizəçi Oğuzxan qardaşımızı xəstəxanada ziyarət etdi. Diqqətinə görə cənab Prezident İlham Əliyevə çox təşəkkür edirik. Var olsun! Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”, – səfir yazıb.