BİNƏLİ YILDIRIM: QƏZANIN BAŞ VERDİYİ ANDAN BİZİMLƏ ÇOX YAXINDAN MARAQLANAN PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM

Azərbaycanda avtomobil qəzası keçirərək xəstəxanaya yerləşdirilmiş və daha sonra Türkiyəyə yola salınmış sabiq baş nazir Binəli Yıldırım evə buraxılıb.

B.Yıldırım bu gün xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

O, Azərbaycanda müalicə olunduğu müddətdə göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

“Ağır qəza keçirdik. Qəza yerindən dərhal helikopterlə xəstəxanaya gətirildik. Qəzanın baş verdiyi andan bizimlə çox yaxından maraqlanan, dəstəkləyən dost və qardaş Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmçinin, müalicə prosesini daim diqqətdə saxlayan prezidentimiz Rəcəb Tayyib Ərdoğana da minnətdarlıq ifadə edirəm”. – deyə B.Yıldırım bildirib.