BİNƏLİ YILDIRIM FATEH SULTAN MEHMEDİN QILINCININ EYNİSİNİ PREZİDENT İLHAM ƏLİYEVƏ HƏDİYYƏ KİMİ TƏQDİM EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Görüş zamanı Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.