BİLƏSUVARDA ZƏLZƏLƏ OLUB

Yanvarın 13-də Biləsuvar rayonunda zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,4 olan zəlzələ yerli vaxtla saat 10:53-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub.