
Azərbaycan dini etiqad azadlığına münasibətdə tolerant ölkədir.
Bunu “Azərbaycan Bibliya Cəmiyyəti”nin rəhbəri Rasim Xəlilov (2026-cı ilədək Bakı şəhərindəki “Həyat sözü” kilsəsinin pastoru olub) jurnalistlərə deyib.
O, vətəndaş cəmiyyətini tolerant Azərbaycan üçün yad olan beynəlxalq təxribatlara uymamağa çağırıb.
“Bü gün Azərbaycanda din və konfessiyaların əzəldən mövcud olan birliyini pozmaq istəyən strukturlar var. Bu strukturlar öz qəribə ideologiyalarını zorla yeritməyə çalışarasq dindən siyasi məqsədlə istifadə etməyə çalışırlar. Lakin biz hamımız təxribatlara uymamaq üçün müdrik olmalı və Tanrını sevməli, sülh, sevgi və dözümlülüyü nümayiş etdirməliyik”, – o deyib.
O, Azərbaycanda xristianlığın inkişafı üzrə aktiv tədbirlərin görüldüyünü və qeyri-müsəlman dəyərlərinə hörmət göstərildiyini qeyd edib.
“Azərbaycanda qədimdən yaşayan insanlar həmişə müxtəlif dinlərə – xristianlıq, islam, iuadizmə hörmətlə yanaşıblar və bir ailə kimi yaşayıblar. Azərbaycan dini etiqad azadlığına münasibətdə tolerant ölkədir.
Azərbaycanlı xristianlar var və bu normal qarşılanır. Yəni ölkədə unikal yanaşma mövcuddur və münasibətlər dostluq, sevgi və birlik dəyərlərindən irəli gələrək inkişaf edir”, – R.Xəlilov deyib.
O, özünün protestant olduğunu və ölkədə təkcə ənənəvi pravoslav və katolik konfessiyalarının deyil, həm də protestant və yevangeliya cəmiyyətlərinin fəaliyyət göstərdiyini, üstəlik, bütün bu icmaların ölkədə dini bölgünün olmasını istəmədiklərini qeyd edib.
“Biz möhtəşəm ölkədə yaşayırıq, burada bizə sevgi ilə yanaşırlar və biz qarşılıqlı cavab veririk. Həmişə münasibətlərdə qarşılıqlı hörmətə diqqət yetirilməlidir. Qeyd etmək istəyirəm ki, Qarabağ müharibəsi zamanı Azərbaycanın əleyhdarları bunu dinlərarası münaqişə kimi, yəni xristianlarla müsəlmanlar arasındakı münaqişə kimi təqdim etməyə çalışırdılar. Bu, yalandır və bunu biz – Azərbaycan xristianları deyirik”, – deyə o əlavə edib.