BEYNƏLXALQ TELEKOMMUNİKASİYA İTTİFAQININ RADİORABİTƏ REQLAMENTİNİN VƏ ÜMUMDÜNYA RADİORABİTƏ KONFRANSININ YEKUN AKTLARI TƏSDİQLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilir.