BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATI İLƏ İMZALANAN ANLAŞMA MEMORANDUMU TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sənədə əsasən, 2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu” təsdiq edilib.