BEYNƏLXALQ MEDİA FORUMUNUN İŞTİRAKÇILARININ ŞUŞAYA SƏFƏRİ BAŞLAYIB

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər də var.

Qeyd edək ki, onlar iyulun 22-də Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq forumda iştirak edəcəklər.