BEYNƏLXALQ KOSMİK STANSİYAYA İLK TURİSTLƏRİN UÇACAĞI TARİX AÇIQLANIB

Amerikanın “Axiom” şirkətinin proqramı üzrə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turistlər 2022-ci ilin fevral ayının sonunda “SpaceX”in “Crew Dragon” idarə olunan kosmik gəmisi ilə uçacaqlar.
Bu barədə ABŞ-ın Kosmik agentliyi (NASA) məlumat yayıb.
İdarə olunan kosmik uçuşlar üzrə rəhbər Keti Luders bildirib ki, uçuş 28 fevrala planlaşdırılıb.
Turistik uçuşu Amerikanın “Axiom Space” şirkəti təşkil edir. Daha əvvəl şirkət bildirmişdi ki, kosmik gəminin ekipajına keçmiş NASA astronavtı Maykl Lopez-Aleqria, pilotun işini yerinə yetirəcək amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Pati və israilli iş adamı Eitan Stibbe daxildir. Onların hamısı xüsusi həkim müayinəsindən keçiblər və uçuşa hazırlıq təlimlərində iştirak ediblər.
BKS-ə 8 günlük səfərin dəyəri 55 milyon dollar həcmində qiymətləndirilir. “Axiom Space” proqramı çərçivəsində kosmos turistləri ilə uçuşların gələcəkdə ildə 2-3 dəfə həyata keçirilməsi planlaşdırılır.