BEYNƏLXALQ BAKI-ŞUŞA FORUMUNUN BƏYANATI QƏBUL OLUNUB

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunun bəyanatı qəbul olunub.

Bəyanat Forumun 2-ci günündə Şuşada qəbul edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə dekabrın 20-21-də Bakı və Şuşada beynəlxalq forum keçirilib.