BEYNƏLXALQ AVTOMOBİL DAŞIMALARI ÜÇÜN OPERATORLARA İCAZƏ VERİLMƏSİ QAYDASI DƏYİŞİB

Azərbaycan Respublikası ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərinə dəyişiklik edilib.

Bu, Nazirlər Kabinetinin “İcazə Sistemi” haqqında Əsasnamə”yə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Bu Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”ləri “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın tələblərinə cavab verən operatorlara verilir.