BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİ ETNİK ZƏMİNDƏ ZORAKI ÇAĞIRIŞLARLA BAĞLI ERMƏNİSTANIN TƏCİLİ TƏDBİRLƏR GÖRMƏSİNƏ DAİR QƏRAR VERDİ

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı qərar verib.

Belə ki, məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, beynəlxalq məhkəmə bu gün Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.