
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın keçid məntəqəsinin guya “qanunsuz olması” və “bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması” tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanat yayıb:
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır. Azərbaycan bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın məhkəmənin 22 fevral 2022-ci il tarixli qərara düzəliş edilməsi ilə bağlı vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır. Bu məhkəmə tərəfindən yekdil qərar idi.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın keçid məntəqəsinin guya “qanunsuz olması” və “bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması” tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.
