BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİ ERMƏNİSTANA DELİMİTASİYA VƏ DEMARKASİYA MƏSƏLƏSİNİN HƏLLİNİ TÖVSİYƏ EDİB

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, məhkəmə hər iki tərəfə münasiqəşədən irəli gələn ziddiyyətli məsələləri daha da dərinləşdirməmək barədə çağırış etmişdi.

“Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə etmişdi. Bu çağırış da məhz Azərbaycanın siyasi mövqeyi ilə üst-üstə düşür. Lakin növbəti illərdə qaldırılan məsələlərə baxılacaq və hüquqi qiymət veriləcək. Bu həqiqətlərin məhkəmədə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”, – deyə E.Məmmədov əlavə edib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.