BEŞDƏN ÇOX UŞAĞI OLAN QADINLARA VERİLƏN MÜAVİNƏT ARTIRILDI

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata qaldırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.