BERNARDO AREVALO PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır.

Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır. Bu, Sizin rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin həyata keçirilməsinə imkan verəcəkdir.

Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edir və dərin ehtiramımı bildirirəm”.