BELÇİKALILARIN KRALI FİLİP PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir”.