BELÇİKADA MEYMUNÇİÇƏYİNDƏN İLK ÖLÜM HALI QEYDƏ ALINIB

Belçikada meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.

Bu barədə Belçikanın “Sciensano” İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir.

“Bu günə qədər, meymunçiçəyi xəstəliyinə yoluxmuş bir ölüm halı qeydə alınıb. Ölən şəxsin başqa xəstəlikləri də olub”, – deyə hesabatda bildirilir.

Qeyd edilir ki, hazırda ölkədə meymunçiçəyinə 706 yoluxma halı təsdiqlənib.