
Belçikalıların Kralı Filipdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi çatdırır, rifah və cansağlığı arzulayıram”.