BELARUSUN MİLLİ KİTABXANASININ BİNASI AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə edilən videoproyeksiya Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub.
Axşam saatlarından etibarən təqdim edilən videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.