BELARUS MİLLİ KİTABXANASI HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ İLƏ ƏLAQƏDAR VİDEOPROYEKSİYA EDİLİB

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası mayın 10-u axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiyada “10 may Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyidir!” şüarı əksini tapıb.