BDU-DA ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ KEÇİRİLƏCƏK

Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi keçiriləcək.

Bu barədə BDU-dan məlumat verib.

Sərginin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük rolunu, müəlliflik hüququnun mədəni irsin yaranması və qorunub saxlanmasında əhəmiyyətini vurğulamaq, gənc nəslin diqqətini mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

BDU-nun həyətində keçiriləcək sərgidə ölkənin tanınmış nəşriyyatları və kitab mağazaları iştirak edəcək.