BDU-DA KARYERA FESTİVALI KEÇİRİLƏCƏK

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə aprelin 30-dan mayın 1-dək Karyera Festivalı keçiriləcək.

BDU-dan bildirilib ki, festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.

Festivalın ilk günü ölkəmizin 100-dən artıq nüfuzlu şirkətinin iştirakı ilə Karyera Sərgisi təşkil olunacaq. Tədbirin ikinci günü isə müxtəlif mövzularda “vörkshop” və panel müzakirələr keçiriləcək.

Tədbirə gələnlər özləri ilə CV-lərini götürməlidirlər. CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.

Festivalda iştirak üçün aprelin 29-dək qeydiyyatdan keçmək lazımdır.