
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bayram günlərində Bakının bir neçə ərazisində təmir-bərpa işləri aparılıb.
Agentlikdən bildirilib ki, noyabr ayının 10-da və 11-də Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə təmir-bərpa işləri görülüb. Təmir işləri noyabr ayının 12-də Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində də aparılıb.
Bundan başqa, bayram günlərində şəhər yollarında hərəkət intensivliyinin azalmasından istifadə edilərək avtomobil tunellərində, tunellərə giriş və çıxış yollarında, həmçinin yerüstü və yeraltı piyada keçidlərində təmizlik, işıqlandırmanın bərpası, yol nişanları və elementlərinin yuyulması, eləcə də müxtəlif təmir-bərpa işləri aparılıb.