BAYDEN ABŞ-IN TÜRKİYƏDƏKİ SƏFİRİ VƏZİFƏSİNƏ NAMİZƏDİNİ AÇIQLAYIB

ABŞ Prezidenti Cozef Bayden Arizona ştatını təmsil edən sabiq senator Ceff Fleykin namizədliyini ölkəsinin Türkiyədəki səfiri vəzifəsinə irəli sürüb.

“TASS”ın verdiyi məlumata görə, bu barədə C.Fleykin “Medium” saytında dərc edilən bəyanatında deyilir.

Sabiq senator ABŞ və Türkiyə arasındakı münasibətlərin “strateji əhəmiyyətini” qeyd edərək, hazırda “hər iki ölkə üçün vacib məqam” olduğunu bildirib.