BATUT GİMNASTLARIMIZ TBİLİSİDƏ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDİRLƏR

Bu gün Tbilisidə batut gimnastikası “Golden Jump” beynəlxalq turniri start götürüb.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, turnirdə ölkəmizi Fərhad Mustafayev, Samirə Hüseynova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Nicat Mirzəyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev və Selcan Mahsudova təmsil edirlər.

Turnirə mayın 16-da yekun vurulacaq.