BATUT GİMNASTLARIMIZ PORTUQALİYADAN ÜÇ MEDALLA QAYIDIBLAR

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Santarem şəhərində keçirilən “Scalabis Cup” beynəlxalq turnirində üç medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilib ki, Hüseyn Abbasov fərdi proqramda gümüş medala sahib çıxıb.

İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medal qazanıblar.