Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Batut gimnastikası “balacalar” yaş qrupunda qadınlar arasında Ayla Məmmədova 31,150 xalla birinci, Nigar Hüseynova 33,150 xalla ikinci yeri tutub. Hər iki idmançı “Ocaq” idman klubunu təmsil edir.
Tamblinq üzrə “uşaqlar” yaş qrupunda kişilər arasında Sənan Rzazadə 39,500 xalla birinci, Xəzər İsmayılov 38,900 xalla ikinci, İhsan Mehrəliyev 38,100 xalla üçüncü yeri tutub. İdmançılar Bakı Gimnastika Məktəbini təmsil edir.
Tamblinq üzrə “uşaqlar” yaş qrupunda qadınlar arasında Aylin Şərifzadə 38,000 xalla birinci olub. O, Bakı Gimnastika Məktəbinin yetirməsidir.
Bakı Gimnastika Məktəbinin daha bir yetirməsi İlham Məsimov tamblinq üzrə “yeniyetmələr” yaş qrupunda kişilər arasında 38,600 xal nəticə göstərib.