
Fevralın 16-da Bakı Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyinin yekun gününə start verilib.
Bu gün gimnastlar batut üzərində sinxron tullanışlar üzrə proqramlarda çıxış edəcəklər.
Bütünlükdə yarışlarda “Ocaq Sport” Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə milli komandası, eləcə də, Gürcüstanın “Şevardeni” və Batumi klublarını təmsil edən 110 idmançı iştirak edir.
Gimnastlar balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edirlər.