BAŞ PROKURORLUQDA YENİ TƏYİNATLAR OLUB

Baş Prokurorluqda yeni kadr təyinatları olub.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

K.Əliyevin digər əmri ilə Nazim Rəşidov Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.