BAŞ PROKURORLUQ: TƏRTƏRDƏ BAŞ VERMİŞ MİNA HADİSƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.