BAŞ PROKURORLUQ “TƏRTƏR İŞİ” İLƏ BAĞLI KİV NÜMAYƏNDƏLƏRİ VƏ SOSİAL MEDİA İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ EDİB

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial media platformaları istifadəçilərinə xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.