BAŞ PROKURORLUQ: “TƏRTƏR İŞİ” İLƏ BAĞLI AKTİV CİNAYƏT İŞİ DAVAM EDİR

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam etdirilir: “İş üzrə təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub.

4 nəfər barəsində Cinayət Məcəlləsinin maddələri ilə həbs qətimkan tədbiri seçilib”,- N.Əvəzov deyib.