BAŞ PROKURORLUQ: SUMQAYITDA BİR AİLƏNİN 5 ÜZVÜNÜN DƏM QAZINDAN ZƏHƏRLƏNMƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib.

Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.