BAŞ PROKURORLUQ: HACI ŞAHİNİN ÖLÜMÜ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

“1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.