BAŞ PROKURORLUQ: BİNƏQƏDİ RAYONUNDA SEXDƏ BAŞ VERMİŞ PARTLAYIŞLA BAĞLI İSTİNTAQ-ƏMƏLİYYAT TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİR

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonunun S.S.Axundov küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.