BAŞ NAZİRİN TAPŞIRIĞI İLƏ DƏRMANLARLA BAĞLI LAYİHƏ HAZIRLANIR

Baş nazir Əli Əsədov tapşırıq verib, dərman vasitələri ilə bağlı müvafiq qurumlar tərəfindən layihə hazırlanır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, məsəd dərman vasitələrinin ölkəyə gətirilməsinin sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılmasıdır.

“Şübhəsiz ki, bundan sonra dərmanların ucuzlaşmasını görmək olar”, – deyə Ə.Əmiraslanov əlavə edib.