BAŞ NAZİR: ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI AZƏRBAYCANIN İNKİŞAFINA BÖYÜK TƏKAN VERƏCƏK

Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iri layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə xidmət edir.

Baş nazir qeyd edib ki, bu layihələr həmin ərazilərin ölkənin ümümi iqtisadiyyatına reinteqrasiyasına imkan verir.