
İyunun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfərə gedib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.

