BAŞ NAZİR: AZƏRBAYCANDA SON DÖVRLƏRDƏ 350 MİN YENİ İŞ YERİ AÇILIB

Azərbaycanda son dövrlərdə 350 min yeni iş yeri açılıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələrdən sonra deyib.

Baş nazir diqqətə çatdırıb ki, 2024-cü ilin ilk iki ayında 23 min yeni iş yeri, 2023-cü ildə isə 65 min yeni iş yeri açılıb. O deyib ki, 23 min iş yeri özəl sektora aiddir.