BAŞ NAZİR ƏLİ ƏSƏDOV SOCAR-IN GÜRCÜSTANDAKI NÜMAYƏNDƏLİYİNİN İNZİBATİ BİNASI İLƏ TANIŞ OLUB

Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.